Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda sənədsiz evlərlə bağlı problem hələ də həllini gözləyir.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir, amma problem hələ də həllini tapmır.
Bu isə satış, qeydiyyat, miras və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır.
Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, bu məsələ kifayət qədər çətin və dolaşıq prosesdir.
Onun sözlərinə görə, bu il dövlət başçısının imzaladığı fərmanla 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaranıb. Belə ki, əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə status verilib. Bu da vətəndaşlara əmlaklarını rəsmiləşdirməyə imkanı yaradıb.
Ekspert deyir ki, heç bir sənədi olmayan evlərin isə dövlət qeydiyyatına alınması qanunvericiliklə mümkün deyil. Hazırda bu istiqamətdə dövlət qurumları tərəfindən işlər aparılır və bu heç də qısa sürən proses olmayacaq.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara əsasən, ölkədə qanunsuz tikililərin sayı 600 mindən çoxdur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: