Maşın almaq istəyən şəxs dələduzluğun qurbanı oldu:
290
08:05, Bu gün

Maşın almaq istəyən şəxs dələduzluğun qurbanı oldu: "Dedi ki, anam xəstədir, xəstəxanaya ödəniş etməliyəm"

Bakı sakini avtomobil alarkən qarşılaşdığı dələduzluq hadisəsi ilə bağlı şikayət edib. Onun sözlərinə görə, elan saytından bəyəndiyi avtomobil üçün pul ödəsə də, bir neçə gündür ortalıqda nə maşın var, nə də ödənilən məbləğ.
 
Zərərçəkən tərəfin bildirdiyinə görə, avtomobilə baxış keçirilən zaman satıcı maşının bütün problemlərini özünün həll edəcəyini və nəqliyyat vasitəsini birbaşa onun adına keçirəcəyini vəd edib.
 
"Səhəri gün maşını ustada yoxlatdıq, 700 manat xərci var idi. Həmin xərci mənim verdiyim 10 200 manat puldan ödədik", - deyə zərərçəkən qeyd edib.
 
Satıcı gec olduğunu deyərək həmin gün avtomobil üçün etibarnamə verməyib və maşının 1 200 manat cəriməsinin olduğunu bildirib. O, cəriməni ödəyəcəyini və növbəti gün maşını birbaşa alıcının adına keçirəcəyini vəd edib.
 
Zərərçəkən deyir ki, bu məqamda satıcı pulu əvvəldən almaq üçün təsirli bir üsula əl atıb:
 
"Mənə bildirdi ki, pulu indidən verə bilərsən? 'Yox' dediyim zaman ağlamağa başladı. Dedi ki, anam xəstədir, xəstəxanaya ödəniş etməliyəm. Pulu verdim. Səhər yığdım, 'işim var' deyərək məni keçişdirdi. İki-üç gün isə telefonuna zəng çatmadı. Mən nə edim, bilmirəm".
 
Vətəndaş maşının əsl sahibi ilə əlaqə saxlayanda isə dələduzluq faktı təsdiqlənib. Avtomobilin əsl sahibi bildirib ki, maşın onun özünə məxsusdur və "satıcı" qismində çıxış edən şəxsin ona 4-5 min manata yaxın borcu var.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər