Azərbaycanın hərbi paradı: Güc, texnologiya və diplomatiyanın birliyi - VİDEO
177
08:10, Bu gün

Azərbaycanın hərbi paradı: Güc, texnologiya və diplomatiyanın birliyi - VİDEO

"Hərbi xronika" rubrikasında bu dəfə Bakıda keçirilən hərbi paradda təqdim olunan yeni silah-sistemlər və ali qonaqların iştirakı vasitəsilə Azərbaycanın müasir hərbi-texnoloji gücünün və strateji diplomatik mövqeyinin nümayişindən bəhs olunub.
 
Bildirilib ki, Azərbaycanın hərbi qüdrəti və texnoloji inkişafı regionla yanaşı, qlobal diqqətə layiqdir.
 
Paytaxt Bakıda keçirilən hərbi parad bu gücün və strateji iradənin göz qabağında nümayişi olub. Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı üç qardaş ölkə arasında formalaşan möhkəm hərbi-siyasi əlaqənin mesajını gücləndirib.
 
Qeyd olunub ki, paradda təqdim olunan yeni nəsil sistemlər Azərbaycan Ordusunun modern döyüş konsepsiyasına keçidini təsdiqləyib. "Vaşaq" və "Kobra-2" kimi zirehli platformalar həm manevr, həm də yaralıların təxliyəsi kimi əməliyyat ehtiyaclarını ödəyərək taktiki çevikliyi artırır. "Vikinq", təkmilləşdirilmiş "Şilka" və "HQ-9BE" kimi hava-müdafiə kompleksləri ölkənin hava məkanının qorunmasında yeni səhifə açır. "Hero-120", "Kayra", "SkyStriker Block IV", "Ice Breaker" və "Predator Hawk" kimi döyüş sursatları isə həm kəşfiyyat-zərbə, həm də uzaqmənzilli dəqiq zərbə imkanlarını genişləndirir. Beləliklə, paradda nümayiş olunan texnika və silahlar Azərbaycanın müdafiə sənayesinin inkişafını və əməliyyat qabiliyyətlərinin keyfiyyətcə yüksəlməsini dünyaya nümayiş etdirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər