Türkiyədə telekanala hücum edən silahlı şəxs TƏSLİM OLDU - YENİLƏNİB + VİDEO
392
14:21, Bu gün

Türkiyədə telekanala hücum edən silahlı şəxs TƏSLİM OLDU - YENİLƏNİB + VİDEO

"BeIN Sports" telekanalının İstanbulun Ayazağa məhəlləsində yerləşən binasına silahlı hücum edən şəxs polisə təslim olub.
 
Moderator.az bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir.
 
Məlumata görə, hücum edən Kemal S. iddia edib ki, telekanalın şərhçisi Güntekin Onay orada təhlükəsizlik əməkdaşı işləyən həyat yoldaşını təhqir edib.
 
Silahlı şəxs şərhçinin üzr istəməsini tələb edib. Hadisə yerinə gələn xüsusi təyinatlı polislər onu fikrindən daşındıra biliblər.
 
Təqribən 30 dəqiqə davam edən danışıqlardan sonra Kemal S. binadan çıxarılaraq polis şöbəsinə aparılıb.
 
13:49
 
İstanbulda yerləşən "BeIN Sports" telekanalının Ayazağadakı binasına silahlı basqın edilib.
 
Əraziyə polis əməkdaşları cəlb olunub.
 
Vəziyyətlə əlaqədar yayım təşkilatının binasında həyəcanlı anlar yaşanıb.
 
Qeyd edək ki, "BeIN Sports" telekanalı futbol üzrə Türkiyə Superliqasının oyunlarını yayımlayır. /Oxu.az/

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər