Qazi Pərvin Abdullayevin döyüş yolu:
296
13:46, Bu gün

Qazi Pərvin Abdullayevin döyüş yolu: "Füzulini viran qoymuşdular, sığınmağa da yer yox idi"

"Ermənilər Füzulini tamamilə viran qoymuşdular. Orada sığınacaq yerlərimiz belə yox idi, atəş mövqeyi seçə bilmirdik. Amma Azərbaycan əsgəri düşmənin yaratdığı bütün maneələri peşəkarlıqla dəf etdi".
 
Bu sözləri Baku TV-yə müsahibəsində Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən Vətən müharibəsi iştirakçısı, qazi Pərvin Abdullayev bildirib.
 
Qazinin sözlərinə görə, erməni silahlılarının atdığı minaatan mərmisinin partlaması nəticəsində ağır yaralanıb:
 
"Gözümdən yaralanmışdım, 9 ay hospitalda qalmışam. Ümumilikdə 15 dəfə əməliyyat olunmuşam".
 
Pərvin Abdullayev qeyd edib ki, Xankəndi stadionunun açılışına gedərkən Füzulinin yenidən salınmış yollarını görəndə kövrək hisslər yaşayıb:
 
"O yolda elə oğlanlarımız şəhid olmuşdu ki... İnsanı qəhər boğur. Amma sevinirdim ki, artıq işğaldan azad olunmuş torpaqlarımızda düşmənlər gəzmir".
 
Qazi bildirib ki, Vətən müharibəsində iştirak etdiyi üçün qürur hissi yaşayır:
 
"Qürur duyuram ki, müharibədə iştirak etdim və düşməndən qisasımızı aldıq".
 
Daha ətraflı Baku Tv-nin videomaterialında:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər