Çöpçü saxtakarlığı ilə bağlı yayılan görüntülərə paytaxt sakinlərinin fikirləri - VİDEO
269
09:24, Bu gün

Çöpçü saxtakarlığı ilə bağlı yayılan görüntülərə paytaxt sakinlərinin fikirləri - VİDEO

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə yenidən çöpçülük məsələsini müzakirə mövzusu edib. Görüntülərdə çöpçülüklə məşğul olan bir qadının saxtakarlığı yer alıb.
 
Videonun diqqətli təhlili zamanı aydın olur ki, qadın bir qırıntını uşağın burnundan deyil, öz ağzından çıxarır. Bu görüntülər çöpçülüyün həqiqiliyi ilə bağlı ciddi suallar yaradıb.
 
Bəs uşağın boğazında çöp qalırmı və bu halda həkim, yoxsa çöpçü yanına gedilməlidir?
 
Məsələ ilə bağlı Bakı sakinləri arasında keçirilən sorğuda fikir ayrılığı yaranıb.
 
Bəzi vətəndaşlar bu praktikaya inandıqlarını və bunun keçmişdə özlərinə və ya övladlarına tətbiq olunduğunu bildiriblər. Bir sakin qeyd edib:
 
"Bəli, inanıram. Uşaq vaxtı mənim özümü də aparmışdılar. Uşaqlıqda çöp, qəpik udurduq və çöpçüyə aparırdılar. İşə yarayır".
 
Digər tərəfdən, çöpçülüyə qətiyyətlə inanmayanlar da var. Onlardan biri fikrini belə ifadə edib:
 
"Xeyr, inanmıram. Heç vaxt da uşaqlarımı aparmamışam".
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər