Levandovskidən het-trik,
173
09:18, Bu gün

Levandovskidən het-trik, "Barselona"dan inamlı qələbə - VİDEO

İspaniya La Liqasının 12-ci turunda "Barselona" səfərdə "Selta" ilə üz-üzə gəlib.
 
Moderator.az xəbər verir ki, görüş qarşılıqlı qollarda yadda qalıb.
 
Levandovskinin het-triki və Yamalın dəqiq zərbəsi sayəsində qonaqlar dörd dəfə rəqib torunu silkələyiblər. Meydan sahibləri bu qollardan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 2:4.
 
Hazırda katalon klubu 28 xalla lider "Real Madrid"in ən yaxın izləyicisidir. Komandaları 3 xal ayırır. "Selta" isə 13 xalla elə 13-cü pillədə qərarlaşıb.

 

Link kopyalandı!
Son xəbərlər