ABŞ mediasında
180
12:12, Bu gün

ABŞ mediasında "VAZKEÇİLMƏZ ƏRDOĞAN!" başlıqları - VİDEO

ABŞ-nin "The New York Times" qəzeti Türkiyənin son illərdə qlobal proseslərdəki rolundan yazıb.
 
Moderator.az xəbər verir ki, bu məsələni Türkiyənin "Haber Global" televiziya kanalı işıqlandırıb.
 
"Vazkeçilməz Ərdoğan!" başlıqlı təhlildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında Ağ Evə səfəri və ABŞ Prezidenti Donald Trampla görüşü xatırladılıb. Həmçinin, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Türkiyəyə səfərləri də vurğulanıb.
 
Təhlildə bildirilir ki, Prezident Ərdoğan beynəlxalq səviyyədə qurduğu strateji münasibətlər sayəsində Türkiyənin həm iqtisadi, həm də diplomatik gücünü artırıb və ölkənin qlobal tarazlıqdakı rolunu gücləndirib. Bundan başqa, Ərdoğanın Ukraynada sülh üçün diplomatik səyləri də vurğulanıb. Prezidentin həm Rusiya, həm də Ukrayna ilə dialoq qura bilən azsaylı liderlərdən biri olduğu və Türkiyənin strateji dəyərini artırdığı qeyd olunub. Bildirilib ki, Türkiyə sürətlə inkişaf edən daxili milli müdafiə sənayesi və NATO-dakı rolu sayəsində getdikcə daha vacib bir ölkəyə çevrilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər