Eldar Məmmədov
363
08:41, Bu gün

Eldar Məmmədov "Sovetski" ilə bağlı xatirələrini danışdı: "Qadınlar küçədən keçəndə hamımız susardıq"

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Əməkdar mədəniyyət işçisi Eldar Məmmədov olub.
 
"Sovetski"də böyüyən Eldar Məmmədov ora ilə bağlı xatirələrini bölüşüb:
 
"Biz yayda həyətə çıxar, gecəyə qədər dostlarımızla söhbətləşərdik. Qadınlar küçədə yanımızdan keçəndə hamımız susardıq. Həmin an qadınların yanında kimsə artıq-əskik söz desə, onu döyərdik. Bu gün təkrar "Sovetski"də yaşamaq şansım olsa, düşünmədən ora gedərəm".
 
O həmçinin operator peşəsinə olan sevgisindən danışıb:
 
"Operatorluğa həvəsim böyükdür. O vaxtlar texniki imkanlar zəif olduğu üçün işləmək çətin idi. Buna baxmayaraq, hər şeyi çatdırırdıq. Operator işinin sirri işığın düzgün qurulmasıdır. Çoxlu operatorlar yetişdirmişəm. Bu sahəyə həvəsi olanlara işin bütün xırdalıqlarını öyrətmişəm".
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər