İran XİN rəhbəri ABŞ ilə aparılan danışıqların nəticəsindən danışdı - VİDEO
351
17:50, Bu gün

İran XİN rəhbəri ABŞ ilə aparılan danışıqların nəticəsindən danışdı - VİDEO

İranın xarici işlər naziri Abbas Əraqçı Həmədandakı Buəli Sina Universitetindəki çıxışında ABŞ ilə aparılan dolayı danışıqları şərh edib.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
 
Əraqçı bildirib ki, müxtəlif yerlərdə ABŞ ilə danışıqlar aparılsa da, hələ heç bir müsbət nəticə əldə olunmayıb.
 
Əraqçı, həmçinin İranın 2015-ci ildə əldə etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı da danışıb və bu razılaşmanın müxtəlif müzakirələrdən sonra həm parlament, həm də Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyini, ancaq ABŞ-nin sonradan bu razılaşmadan çıxdığını vurğulayıb.
 
Nazir danışıqların metodu və məqsədinin vacib olduğunu qeyd edib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər