Həkəri stansiyasında işlər başa çatmaq üzrədir — Zəngəzur dəhlizində növbəti mərhələ - VİDEO
237
12:37, Bu gün

Həkəri stansiyasında işlər başa çatmaq üzrədir — Zəngəzur dəhlizində növbəti mərhələ - VİDEO

Həkəri dəmiryol stansiyası Horadiz–Ağbənd dəmiryol xəttinin 67-ci kilometrində yerləşir və Zəngəzur dəhlizini əhatə edən 9 əsas stansiyadan biri hesab olunur.
 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda stansiya ərazisində yolun üst quruluşu üzrə işlər tamamlanmaq üzrədir. Tikintinin yekunlaşması ilə bölgədə yük və sərnişin daşımalarında yeni mərhələnin başlanacağı gözlənilir.
 
Hazırda işçi qatarlarının hərəkəti yalnız bu stansiyaya qədər təmin olunur, növbəti hissələrdə isə yolun tam istismara verilməsi üçün son hazırlıqlar davam etdirilir.
 
Zəngəzur dəhlizi istismar olunmağa başladıqdan sonra region ölkələri arasında yükdaşımaların tempi artacaq, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika mərkəzlərindən birinə çevriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər