Yeni piyada keçidinin inşası davam etdirilir - VİDEO
267
14:30, Bu gün

Yeni piyada keçidinin inşası davam etdirilir - VİDEO

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşası davam etdirilir. Yeni yerüstü piyada keçidi Pirşağı–Novxanı-Xırdalan–M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 3-cü kilometrliyində tikilir.
 
Bu barədə Moderator.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 
 
Keçidin uzunluğu 54 metr, üst hərəkət hissəsinin eni 3.5 metr, pilləkənlərin eni 2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir. Keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir.
 
Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq. Hazırda piyada keçidinin dayaqlarının tikintisi işləri aparılır. Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının quraşdırılması, keçidin ətrafında abadlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər