Ermənistanda bəzi məktəblərdə Azərbaycan dilinin tədrisi təşkil olunub: Ölkəmizdə şagirdlərə erməni dili öyrədilə bilər?
649
08:06, Bu gün

Ermənistanda bəzi məktəblərdə Azərbaycan dilinin tədrisi təşkil olunub: Ölkəmizdə şagirdlərə erməni dili öyrədilə bilər?

Ermənistanın üç dövlət məktəbində 2025-2026-cı dərs ilindən etibarən Azərbaycan dilinin tədrisi təşkil olunub.
 
Belə ki, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dillərinin öyrənilməsi təmin ediləcək. Proqram könüllü şəkildə həyata keçiriləcək.
 
Maraqlıdır, ölkəmizdəki orta məktəblərdə də erməni dilinin tədrisi mümkündür?
 
Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Baku TV-yə açıqlama verib.
 
"Düşmən hesab etdiyin xalqın dilini ən birinci sən öyrənməlisən. Onunla mübarizə aparmaq üçün. Bu mənada bizdə də dövlət qurumlarımız bu istiqamətdə işlər aparırlar. Amma hesab edirəm ki, biz bu istiqamətdə daha çox işlər görməliyik. Bizim çoxlu erməni dilində Ermənistanda yazılan məlumatlar var, əsərlər var, kitablar var. Xüsusilə arxiv sənədləri baxımından hesab edirəm ki, bu məsələ çox aktualdır. Və biz bu istiqamətdə işləri bir az da intensivləşdirməliyik. Pilot layihə kimi biz bir neçə məktəbdə bunu nəzərdən keçirə bilərik və düşünürəm ki, bu, həm kurslar yolla da ola bilər, həm də hansısa məktəbimizdə xarici dil kimi erməni dilinin tədrisini nəzərdə tuta bilər", - deyə o vurğulayıb.
 
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, ümumtəhsil müəssisələrində erməni dilinin tədrisi hazırda nəzərdə tutulmayıb. Gələcəkdə məsələ ilə bağlı yenilik olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər