Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Röya Ayxan iki gün əvvəl baş tutan konsertində "Günahkar kimdir" adlı yeni mahnısını eksklüziv olaraq səhnədə ifa edib.
Moderator.az xəbər verir ki, mahnının sözləri Həmid Məmmədliyə, musiqisi isə ifaçının qardaşı İsmayıl Nəcəfzadəyə məxsusdur.
İsmayıl Nəcəfzadə bu bəstəni Röya Ayxana 25 illik səhnə fəaliyyətinə xüsusi hədiyyə olaraq ərsəyə gətirib.
"Günahkar kimdir" mahnısı ifaçının rəsmi "YouTube" kanalında dinləyicilərin ixtiyarına verilib. Mahnı qısa zamanda sosial şəbəkədə minlərlə insan tərəfindən paylaşılıb.