Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin "qırmızı bülleten"lə axtardığı on bir nəfər ölkəyə ekstradisiya olunub.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.
Axtarışda olanlardan altısı Gürcüstan, üçü Almaniya, biri Belçika, biri isə Albaniyadan Türkiyəyə gətirilib.
"Harada olsalar da, cinayət törədənləri tək-tək tutub ölkəmizə geri gətiririk. Xalqımızın əmin-amanlığı və təhlükəsizliyi üçün qətiyyətlə çalışırıq və bundan sonra da çalışmağa davam edəcəyik", - nazir qeyd edib.