Meksikada mağazada yanğın 22 nəfərin həyatına son qoydu - FOTO/VİDEO
1766
02 Nov 2025 | 10:40

Meksikada mağazada yanğın 22 nəfərin həyatına son qoydu - FOTO/VİDEO

Meksikanın Hermosilyo şəhərində mağazada baş verən yanğın nəticəsində dördü uşaq olmaqla azı 22 nəfər ölüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "El Universal" nəşri məlumat yayıb.
 
Bildirilir ki, daha 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
 
Qeyd edilir ki, mağazada yanğın partlayışdan sonra baş verib. Yanğın mağazanın girişində başlayıb, bu səbəbdən bir çox alıcı içəridə təcrid olunmuş vəziyyətdə qalıb.
 
Yanğın lokallaşdırılaraq qonşu binalara yayılmasının qarşısı alınıb. Yanğının baş vermə səbəbləri qismində nəzərdə keçirilən versiyalara texniki nasazlıq və alışan materialların mümkün mövcudluğu daxildir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər