Pentaqon rəhbəri:
1517
02 Nov 2025 | 09:48

Pentaqon rəhbəri: "ABŞ ordusu narkotik daşıyan qayığı məhv edib" - VİDEO

Pentaqon rəhbəri Pit Heqset ABŞ ordusunun Karib hövzəsinin beynəlxalq sularında narkotik daşıyan bir qayığı məhv etdiyini bildirib.
 
Moderator.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında məlumat verib.
 
Onun sözlərinə görə, ABŞ hakimiyyətinin terrorçu hesab etdiyi qruplaşmadan üç nəfər qayıqda olub. Hər üçü hücum zamanı öldürülüb.
 
"Biz onlara da "Əl-Qaidə"yə qarşı necə hərəkət ediriksə, elə hərəkət edəcəyik: izləyəcəyik, tapacağıq, ovlayacağıq və məhv edəcəyik", - deyə Heqset vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər