Qərbi Azərbaycan Xronikası:
707
08:39, Bu gün

Qərbi Azərbaycan Xronikası: "Sandıq dolu qızıldan sürgünə - Bir ailənin hekayəsi"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
 
Buraxılışda Əməkdar rəssam Şərif Şərifovun İrəvan memarlığı, karvansaraları və məscidləri, dağıdılmış incilər, Nizami Gəncəvi dövründə miniatürlərin sirri və s. məsələlərlə bağlı fikirlərinə yer verilib.
 
Bildirilib ki, Qərbi Azərbaycanda mövcud olan sənətlər dünya miqyasında seçilib. İrəvan xanlığının gücü və mədəni yüksəlişi danılmaz faktdır. İrəvanda karvansaraları və məscidləri ermənilər məhv edib. İrəvanın suyu və havası bizə itirilmiş cənnəti xatırladır. İrəvan sənətkarları Aşıq Ələsgərdən Mirzə Qədim İrəvaniyə qədər uzanır.
 
Ş.Şərifov "qırmızı professor"un taleyi, 1937 repressiyaları və irəvanlı ziyalıların taleyi, Qacar sənət məktəbi, eləcə də İrəvanla bağlı yaddaşdan silinməyən faciələrdən söz açıb.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər