Bizi sosial şəbəkələrdən izləyin:
Hindistanın cənubunda bir məbəddə baş verən izdihamda azı 10 nəfər ölüb.
Bu barədə NDTV kanalı məlumat yayıb.
"Bu gün səhər saatlarında Andxra-Pradeş ştatının Şrikakulam şəhərindəki məbəddə yaşanan izdihamda, yaranan basabasda əksəriyyəti qadın və uşaqlardan ibarət ən azı on dindar həlak olub", - deyə məlumatda deyilir.
Hadisə yerində çoxlu sayda yaralıların olduğu da bildirilir.