Əvvəllər insan alveri cinayətlərinə görə məhkum olunmuş şəxs narkotiklə ƏLƏ KEÇDİ - VİDEO
451
13:34, Bu gün

Əvvəllər insan alveri cinayətlərinə görə məhkum olunmuş şəxs narkotiklə ƏLƏ KEÇDİ - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
 
Bildirilib ki, tədbir zamanı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş, 36 yaşlı Fəxrəddin Xurşidov saxlanılıb. Ondan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
 
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. F.Xurşidovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər