Şabran sakinləri təhlükəli vəziyyətlə üz-üzə qaldılar - VİDEO
762
08:15, Bu gün

Şabran sakinləri təhlükəli vəziyyətlə üz-üzə qaldılar - VİDEO

Şabran rayonunun Ağbaş kənd sakinləri Samur-Abşeron kanalının kənd ərazisindən keçən hissəsinin ətrafının mühafizə olunmasını istəyirlər.
 
Onlar bildiriblər ki, mal-qaranı örüş sahələrinə aparmaq üçün hər gün kanalın üzərindəki körpüdən keçməli olurlar. Bu da sakinləri təhlükə ilə üz-üzə qoyur.
 
Sakinlərdən biri bildirib ki, xüsusən yayda heyvanları aparmaq problemdir.
 
"Bir kəndin 300-400 malı var. Hamısı dağa gedir, kənddə də kanaldan ancaq körpü ilə keçirik. Heyvanları yayda aparmaq çox problemlidir. Həm qaytarıb gətirəndə, həm aparanda heyvan suya görə atır özünü kanala", - deyə o bildirib.
 
Samur-Abşeron kanalının istismarı idarəsinin baş mühəndisi Nizam Muxtarov bildirib ki, idarə tərəfindən 2026-cı ilin istismar tədbirləri planı çərçivəsində Taxtakörpü Ceyranbatan kanalının 115 plus 50-ci piketində yerləşən avtomobil körpüsünün sağ və sol tərəflərində ümumi olaraq 500 metr məsafədə çəpərləmə işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər