Səhv manevr və yüksək sürət qəzaya səbəb oldu - ANBAAN VİDEO
1060
30 Oct 2025 | 14:36

Səhv manevr və yüksək sürət qəzaya səbəb oldu - ANBAAN VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
 
Moderator.az müraciəti təqdim edir:
 
"Yollarda baş verən ağır qəzalarda çox zaman iki amil eyni anda özünü göstərir - bir sürücünün yüksək sürətlə hərəkət etməsi, digərinin isə manevri diqqətsiz şəkildə yerinə yetirməsi. Bu cür hallarda birinin məsuliyyətsizliyi, digərinin ehtiyatsızlığı ilə birləşəndə, nəticə adətən ağır olur.
 
Diqqətsiz edilən manevr sürücünün ətrafdakı vəziyyəti tam qiymətləndirməməsi, güzgülərdən istifadə etməməsi, zolaq və ya dönmə qaydalarına əməl etməməsi deməkdir. Yüksək sürətlə gələn nəqliyyat vasitəsi isə bu ani səhvə reaksiya verməyə vaxt tapmır və qəza qaçılmaz olur.
 
Unutmayaq: birinin diqqətsizliyi, digərinin sürəti - bir anda həyatları dəyişə bilər.
 
Yolda hər hərəkət düşünülmüş olmalı, hər qərar məsuliyyətlə verilməlidir".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər