AFFA Hakimlər Komitəsinin sədri mübahisəli epizodları şərh etdi - VİDEO
508
12:40, Bu gün

AFFA Hakimlər Komitəsinin sədri mübahisəli epizodları şərh etdi - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının IX turunda keçirilən oyunlarda baş verən mübahisəli epizodları şərh edib.
 
Moderator.az xəbər verir ki, belçikalı mütəxəssis bununla bağlı AFFA-nın rəsmi yutub səhifəsinə açıqlama verib.
 
“Kəpəz” - “İmişli” - 0:3
 
“İmişli” komandasının 11 nömrəli oyunçusu topa nəzarət edərək, rəqib qapısı istiqamətinə doğru irəliləyir. Cərimə meydançasından kənarda “Kəpəz” komandasının qapıçısı topa gec müdaxilə edərək rəqibi aşkar qol epizodundan məhrum edir. Baş hakim qapıçıya birbaşa qırmızı vərəqə göstərir. VAR epizodu yoxlayır və hücumun başlanğıcında oyundan kənar vəziyyətin olduğunu aşkar edir. Qayda pozuntusundan əvvəl ofsayd olduğu üçün qırmızı vərəqə etibarsız sayılır. Baş vermiş situasiyada qırmızı vərəqə yalnız ciddi qayda pozüntüsünə görə qüvvədə qala bilər. VAR bundan sonra “Kəpəz”in qapıçısının müdaxiləsinin ağırlıq dərəcəsini yoxlayır və bunu son dərəcə təhlükəli şəkildə etdiyini müəyyən edir. Qapıçı hücumçunun ayağına çox böyük güclə zərbə endirir və bu hərəkət futbolçunun sağlamlığını ciddi şəkildə təhlükəyə atır. Bu müdaxilə ciddi qayda pozuntusu kimi qiymətləndirilir və qırmızı vərəqəyə tam əsas yaradır. VAR protokolluna əsasən, ciddi qayda pozuntusu hallarında hücumun başlanğıc mərhəlisində baş verən ofsayd və digər pozuntular nəzərə alınmır. Bu səbəbdən əvvəlki ofsayd qərarı bu vəziyyətdə qüvvədən düşür. Oyunun bərpası qayda pozuntusunun baş verdiyi nöqtədən, “İmişli” komandasının xeyrinə cərmə zərbəsi ilə başlayır. Hakimin yekun qərarı doğrudur və VAR bu vəziyyətdə protokola tam uyğun şəkildə müdaxilə edib.
 
“Araz-Naxçıvan” - “Sabah” - 2:2
 
“Sabah”ın hücumu zamanı cərimə meydançası daxilində “Sabah”ın 21 nömrəli futbolçusu ilə “Araz-Naxçıvan”ın 29 nömrəli müdafiəçisi arasında top uğrunda mübarizə gedir və top “Araz-Naxçıvan”ın futbolçusunun qoluna dəyir. Hakim penalti qərarını vermir, VAR görüntüləri nəzərdən keçirir və hakimə epizoda yenidən baxmağı tövsiyə görür. Görüntülərə baxan hakim “Araz-Naxçıvan”ın müdafəçisinin qolu ilə topa toxunduğunu görür. Oyunçunun qolu açıq və bədəndən aralı olduğu üçün hakim düzgün olaraq penalti təyin edir.
 
Meydançanın mərkəzinə yaxın hücum zamanı “Sabah”ın 20 nömrəli oyunçusu və “Araz-Naxçıvan”ın 14 nömrəli futbolçusu topun arxasında sürətlə qaçır. ”Sabah”ın oyunçusu topa birinci çatır. “Sabah”ın hücumçusu topla təmasdan sonra tullanaraq tam bədəni və qolu ilə rəqibə zərbə endirir. ”Araz Naxçıvan”ın oyunçusunun bədəninə güclü zərbə vurur. ”Araz Naxçıvan”ın oyunçusu yerə yıxılır. Hadisə yerinə yaxın olan hakim qayda pozuntusuna görə oyunu dayandırır və tibbi yardıma icazə verir. Bu, hakimin düzgün qərarıdır. Bu qayda pozuntusundan sonra “Araz-Naxçıvan” cərimə zərbəsindən oyunu bərpa etdikdən sonra hücumun yekununda qol vurur. VAR ümumi qayda pozuntusunu və qol anını nəzərdən keçirir və hakimə qolu təsdiqləyir. Qol düzgün olaraq qeyda alınır.
 
“Qəbələ” - “Neftçi” - 0:2
 
“Neftçi”nin 22 nömrəli hücumçusu cərimə meydançasına daxil olur. “Qəbələ”nin 13 nömrəli müdafiəçisi rəqibin hücumçusu ilə yanaşı qaçır və müdafiəçi topu kənara çıxarmaq istəyir. Topu “Neftçi”nin hücumçusu saxlayıb, komanda yoldaşına - 45 nömrəli hücumçusuna ötürür və o qol vurur. Hakim və köməkçi hakim topa yaxın mövqədə olduğu üçün qolu qeyda alırlar. VAR kadrları nəzərdən keçirir və hakimin qərarını təsdiqləyir. Çünki “Qəbələ”nin müdafiəçinə qarşı heç bir qayda pozuntusu yox idi və top oyunda qalıb. Nəticə düzgün qeydə alınan qoldur.
Link kopyalandı!
Son xəbərlər