Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp Qarabağ münaqişəsinə son qoyduğunu bir daha bəyan edib, lakin bu dəfə sadəcə Ermənistanın adını çəkməyib.
Tramp bu barədə Cənubi Koreyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxışı zamanı danışıb.
"Bu mənə inanılmaz dərəcədə məmnunluq hissi verir. Bu səylər sayəsində milyonlarla insanın həyatını xilas etdik.
Məsələn, Azərbaycan ilə bağlı nümunəni götürək. Münaqişə, deyəsən, 38 il idi davam edirdi. Prezident Putin mənə zəng etdi və dedi ki, bu, heyrətamizdir, sadəcə inanılmazdır.
İki ölkənin nümayəndələri Ağ Evə gəldilər. Əvvəlcə onlar məsafədə dayandılar, amma tədricən bir-birilərinə daha çox yaxınlaşdılar. Bir saatdan sonra onlar artıq sülh əlaməti olaraq bir-birilərini qucaqladılar. Bu, həqiqətən də heyrətamiz idi", - deyə ABŞ prezidenti qeyd edib.