Bizi sosial şəbəkələrdən izləyin:
"Ürəyimdə sirlər yatır ki, açsam, ailələr dağılar. Onlar qəbrə qədər mənimlə gedəcək. Bu sirlər tanınmışlarla bağlıdır. Bunlar mənə və qarşımdakı insana məxsusdur. Açıb danışmıram, çünki qarşımdakı buna layiqdir".
Bu sözləri müğənni Tacir Şahmalıoğlu "Gün ortası" proqramında deyib. Sənətçi şou-biznesdə gizlətdiyi sirlərdən danışıb.
T.Şahmalıoğlu duet ortaqları ilə adının eşq dedi-qodularında hallanmasına belə reaksiya verib:
"Bunu dayaz düşüncəli insanlar deyir. Elə işlədiyin hər yetənlə sevgilisən? Tərəf müqabillərim xanımlar olub, onları öyrətmişəm. Mənə aşiq olmamaq qeyri-mümkündür". (Axşam.az)