Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda alkoqollu içkilərin satışına dair minimum qiymət müəyyən edilib. Bununla bağlı İqtisadiyyat Nazirliyinin kollegiyası qərar qəbul edib. Qəbul edilən qərarla alkoqollu içkilər üçün minimum satış qiymətləri aşağıdakı kimi müəyyən edilib:
0.5 litrlik içkilər – ən azı 9.50 manat,
0.7 litrlik içkilər – ən azı 12.42 manat,
1 litrlik içkilər – ən azı 16.73 manat.
Bəzi ekspertlərə görə bu qərar həm bazarda qiymətlərin tənzimlənməsinə, həm də saxta və keyfiyyətsiz spirtli içkilərin dövriyyəsinin azaldılmasına gətirib çıxaracaq.
Həmçinin qeyd olunur ki, alkoqollu içkilərin bahalaşması nəticəsində aşağı gəlirli istehlakçılar bu məhsullardan imtina edə, xüsusilə gənclər arasında alkoqol asılılığı risklərini minimuma enə bilər. Və ya qeyri-leqal satış kanallarına yönələ bilərlər ki, bu da kölgə iqtisadiyyatının genişlənməsi riskini artırır.
Bəs mütəxəssislər necə düşünür - alkoqollu içki qiymətlərinin bahalaşması bazarda nələri dəyişəcək, nələrə təsir göstərəcək? Şadlıq evləri və restoranlarda menyu qiymətlərində də bahalaşma gözləniləndirmi?
TV Musavat mövzu ilə bağlı mütəxəssislərin rəyini öyrənib.
Videosüjeti təqdim edirik: