Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
                                            
                                            
                                            
                                            
Moderator.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
 
Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısı açılaraq, huşsuz vəziyyətdə aşkar edilmiş vətəndaş – 1952-ci il təvəllüdlü S.Eminova təcili tibbi yardım briqadasına təhvil verilib.