Bizi sosial şəbəkələrdən izləyin:
İranın Şiraz şəhərində "Pars" stadionunda keçirilən "Fəcr Sepasi" - "İstiqlal" futbol komandalarının oyunu zamanı tribunada bir qrup qadın tamaşaçının görünməsi sosial mediada böyük rezonans doğurub.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Dəstəklədikləri komandanın formasını geyinmiş qadınların həyəcanla oyunu izləməsi və koordinasiyalı alqışları sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Bəzi istifadəçilər bunu qadınların idman stadionlarına girişinə icazəni müsbət addımı kimi qiymətləndirərkən, digərləri yayılan görüntülərin hökumətin təbliğat ssenarisinin bir hissəsi olduğunu vurğulayıblar.
Qeyd olunub ki, İran Premyer Liqasının səkkizinci turunda keçirilən qarşılaşmada "Fəcr Sepasi" komandası Tehranın "İstiqlal" klubuna 0:3 hesabı ilə məğlub olub.