500 metrlik hündürlükdə köməksiz qalan gənc xilas edildi - VİDEO
462
09:30, Bu gün

500 metrlik hündürlükdə köməksiz qalan gənc xilas edildi - VİDEO

Paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsində dağlıq ərazidə bir nəfər köməksiz vəziyyətdə qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2001-ci il təvəllüdlü Musa Çingiz oğlu Ələkbərovun hündürlüyü təxminən 500 metr olan dağlıq əraziyə çıxdığı və geriyə qayıda bilməməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
 
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə dədbirləri sayəsində dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsin xilas edilib.
Link kopyalandı!
Son xəbərlər