İtaliyada qızları müəmmalı şəkildə yoxa çıxan məşhur cütlük: Sirli ölüm, ayrılıq, qalmaqallar
247
08:45, Bu gün

İtaliyada qızları müəmmalı şəkildə yoxa çıxan məşhur cütlük: Sirli ölüm, ayrılıq, qalmaqallar

Al Bano 1943-cü ildə İtaliyanın Çellino San Marko şəhərində anadan olub, gəncliyində aktyor olmaq arzusu ilə Milana gedərək musiqi karyerasına başlayıb.
 
1967-ci ildə "Nel Sole" mahnısı ilə məşhurlaşan Al Bano film çəkilişləri zamanı Hollivud aktyoru Teyron Pauerin qızı Romina ilə tanış olub.
 
Romina Pauer uşaq yaşlarından Hollivudda böyüsə də, anasının təsiri ilə 18+ səhnələrdə oynamağa məcbur edilirdi. Onun həyatı Al Bano ilə tanış olanda dəyişdi.
 
Gənc cütlüyün sevgisi ekranlardan real həyata keçib və onlar 1970-ci ildə ailə quraraq həm sənətdə, həm həyatda bir duet yaradıblar.
 
"Felicita", "Ci sara" və "Sempre sempre" kimi mahnılarla tanınan Al Bano və Romina İtaliyanın ən məşhur duetinə çevrilərək "Avroviziya" və Sanremo səhnələrində uğur qazanıblar.
 
Onların populyarlığı Sovet İttifaqına qədər uzanıb, konsertləri milyonlarla tamaşaçının rəğbətini qazanıb.
 
1993-cü ildə qızları İleniyanın ABŞ-də müəmmalı şəkildə itkin düşməsi cütlüyün həyatında dönüş nöqtəsi olub və bu faciə onların ailəsini sarsıdıb.
 
Uzun illər axtarışlar nəticəsiz qaldı, 2013-cü ildə İleniya rəsmi olaraq ölü elan edildi, bu hadisə Al Bano və Rominanın boşanmasına səbəb oldu.
 
İllər sonra, 2013-cü ildə Moskva səhnəsində yenidən bir araya gələn sənətkarlar, hərəsi ayrı ölkədə yaşasa da, hələ də bir zamanların "xoşbəxtliyin səsi" kimi yadda qalırlar.
Link kopyalandı!
Son xəbərlər