Bizi sosial şəbəkələrdən izləyin:
Avstraliyanın Milad adasında illik qırmızı xərçəng miqrasiyası başlayıb, bu da adanın ərazisini böyük təbiət hadisəsinə çevirib.
Moderator.az xəbər verir ki, milyonlarla xərçəngkimilər nəsillərini davam etdirmək üçün meşə massivlərindən okean sahillərinə doğru yönələrək yol hərəkətini müvəqqəti iflic ediblər.
Milli Parkın müdir müavini Aleksiya Yankovski qeyd edib ki, cari mövsümdə miqrasiya adi vaxtdan bir qədər tez başlayıb.
Yerli əhali bu təbiət hadisəsini dəyişməz həyəcanla qarşılayıb. Adanın sakinləri səhər və gecə saatlarında avtomobillərdən istifadəni qəsdən məhdudlaşdıraraq, yengəclərin hərəkəti üçün əlverişli şərait yaradıblar.
Bir çoxu məsafədən iş rejiminə keçiblər, avtomobillərdə isə buğumayaqlılara maneələri dəf etməkdə kömək etmək üçün xüsusi inventar - dırmıq və havaverən cihazlar daşımağa başlayıblar. /Oxu.az/