Soğan anbarlarda qalıb: Fermerlər məhsulun ucuzluğundan gileylənirlər - VİDEO
270
08:12, Bu gün

Soğan anbarlarda qalıb: Fermerlər məhsulun ucuzluğundan gileylənirlər - VİDEO

Fermerlər bu il soğanın qiymətinin aşağı olmasından narazıdırlar. Onlar qazanc əldə etmək məqsədilə soğan əkiblər, lakin məhsulu sata bilmirlər.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, Ağdamlı fermerlərin sözlərinə görə, əvvəlki illərdə də soğan əkiblər, ancaq bu il sahədən gəlir əldə etmək mümkün olmayıb.
 
Fermerlər qiymətin maya dəyərindən aşağı olmasının əsas səbəblərindən biri kimi ixrac imkanlarının olmamasını göstərirlər.
 
Hazırda əllərindəki məhsulu borclarının bir qismini ödəmək üçün maya dəyərindən aşağı satmağa məcbur qaldıqlarını qeyd ediblər.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər