Avtobusda gediş haqları 60 qəpik olub: Bəs xidmət keyfiyyəti dəyişib?
296
08:06, Bu gün

Avtobusda gediş haqları 60 qəpik olub: Bəs xidmət keyfiyyəti dəyişib?

"Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
 
Artıq avtobusda gediş haqları 60 qəpik oldu, amma xidmət keyfiyyəti, avtobusların texniki vəziyyəti və sərnişinlə davranış niyə hələ də dəyişmir Özəl sektorda 7 illik vergi güzəştinin bitməsi və yeni 3 faiz vergilərin tətbiqi kiçik sahibkarların fəaliyyətinə necə təsir göstərəcək? Xaricdən gətirilən hər ikinci telefona görə 100 manat aksiz vergisinin tətbiqi istehlakçıların cibinə necə təsir edəcək?
 
İşləməyən vətəndaşların 16 manat ödəməsi sosial ədalət prinsiplərinə uyğundur? İnfrastruktur işləri zamanı niyə insan həyatı nəzərə alınmır və alternativ yollar niyə əvvəlcədən hazırlanmayıb?
 
Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.
Link kopyalandı!
Son xəbərlər