Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - VİDEO
308
25 Oct 2025 | 21:56

Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - VİDEO

Bakının Cəfər Cabbarlı küçəsindəki daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir.
 
Hasarda dərin çatlar əmələ gəlib. Ərazidən piyadalar keçdiyi üçün uçma riski ciddi təhlükə yaradır.
 
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini istəyirlər. "Uşaqlar da buradan keçirlər. Çox təhlükəlidir, üstümüzə aşa bilər", - sakinlərdən biri söyləyib.
 
Digər bir vətəndaş isə belə deyib: "Hər dəfə buradan keçəndə düşünürəm ki, aşacaq, dağılacaq. Hasarı düzəltsələr, çox yaxşı olar".
 
Daha ətraflı Baku TV-nin reportajında:
Link kopyalandı!
Son xəbərlər