Bizi sosial şəbəkələrdən izləyin:
AzTV-nin çəkiliş qrupu Böyük xanəndə Xan Şuşinskinin ata ocağında olub.
Süjetdə qeyd olunub ki, Ballıcadakı bu evdə sənətkarın uşaqlıq dövrü keçib. Uzun illər Şuşada yaşasa da, hətta Şuşada dünyaya gəldiyi deyilsə də, bu məkanın nəfəsi, bu torpağın avazı onun səsində daim yaşayıb.
Xan Şuşinski Pənahəli xanın nəvəsi, Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan Ağa Cavanşirin oğludur.
Binaya diqqət yetirdikdə, edilən əlavə müdaxilələri görmək mümkündür. Lakin nə etsələr də, bu evin keçmişinin izlərini tamamilə silə bilməyiblər.
Evdə aparılan araşdırmalar zamanı tapılan bəzi fotolar buranın həm də məktəb kimi istifadə olunduğunu təsdiq edir.
Mədəniyyət Nazirliyi binaya baxış keçirib. Tikintinin mədəni və tarixi əhəmiyyətini nəzərə alaraq, tarixi abidələrin reyestrinə daxil edilməsi üçün qeydə alınıb.
Daha ətraflı videomaterialda: