Azərbaycanın binasız teatrı okeanın o tayında tarix yazdı - Quruluşçu rejissorla MÜSAHİBƏ
760
25 Oct 2025 | 12:52

Azərbaycanın binasız teatrı okeanın o tayında tarix yazdı - Quruluşçu rejissorla MÜSAHİBƏ

Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycanı ilk dəfə Meksika Birləşmiş Ştatlarında təmsil edib.
 
Meksika Birləşmiş Ştatlarının Metepek şəhərində təşkil edilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında "Dədə Qorqud" dastanının "Dirsə xan oğlu Buğac" boyu əsasında hazırlanmış "Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşası oynanılıb.
 
Janrı ilahi oyun kimi təyin olunmuş səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı İffət Əsgərovdur.
 
Tamaşada Əməkdar artist Qasım Nağı, aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev və Amid Qasımov çıxış ediblər.
 
Moderator.az bildirir ki, Oxu.az tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, aktyorlar Mətanət Abbas və Vüqar Hacıyevlə həmsöhbət olub və onların festivalla bağlı təəssüratlarını öyrənib.
 

Qeyd edək ki, 1991-ci ildən etibarən hər il Metepek şəhərində keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı çərçivəsində konsertlər, teatr tamaşaları, rəsm, foto və kitab sərgiləri, eləcə də milli mətbəx nümunələrinin təqdimatı təşkil olunur. Təxminən 400 min ziyarətçinin qatıldığı festival Meksikada xalq diplomatiyası və mədəni mübadilələrin təşviqi baxımından ən mötəbər tədbirlərdən biri hesab edilir.

 
Link kopyalandı!
Son xəbərlər