885
25 Oct 2025 | 11:34

"Öz-özümə dedim ki, lazım idi sənə bu?" - Alim Qasımovla MÜSAHİBƏ

Dizayner Aynur Xəlilovanın “YouTube” kanalında yayımlanan “Hərşeyşünas” podkastı yeni – 3-cü mövsümə start verib.
 
Moderator.az xəbər verir ki, verilişin ilk buraxılışının qonağı Xalq artisti Alim Qasımov olub.
 
Məşhur sənətkar proqramda şəxsi həyatından maraqlı məqamları bölüşüb:
 
“Qayınanam Siyavuş Aslanla qohum olub. O da Vasif Adıgözəlova məni deyib. Qayınanam çox cəsarətli qadın olub e – ora nöyüt götürüb gətirib ki, özümü yandıracağam. Deyib ki, mənim kürəkənim Asəf Zeynallıda oxumalıdır”.
 
Alim Qasımovun sözlərinə görə, bu hadisədən sonra Vasif Adıgözəlov da vəziyyətə müdaxilə edib:
 
“Siyavuş da Vasifə bunu deyən də o da deyib – yandırmasın heç yeri, dursun gəlsin. O gördü ki, fəhlə işlədim, sürücü işlədim, nə işlədim – alınmadı. Ona görə gəldi bunu etdi”.
 
Xalq artisti həmçinin həyat yoldaşı Tamilla xanımla tanışlığından da danışıb:
 
“Atam, anam, bir də bir Gülüzər xanım vardı – çağırdılar məni ki, öyüd versinlər, Tamillanı almayım. Dedilər ki, onlar Bakılıdılar, biz isə kəndçiyik. Mən də dedim ki, hə, yaxşı, bitdi. Heç evlənmək haqqında fikirləşmirdim, elə xəyalımda yaşadırdım. Nə pul var, nə iş var, nə ev var. Həmin gün gəldim oturdum poçtun qabağında, cibimdə 5 manat yox idi. Gördüm, Tamilla gedir. Getdim onun dalınca, amma onu saxlaya bilməzdim, o məndən güclüdür. Mənə bir sillə vursaydı, başım silkələnərdi. Elə gördüm ki, mənə qoşulub gedir, amma deyə də bilmirəm ki, heçnəyim yoxdur. Utandım deməyə ki, bu söhbəti saxlayaq sonraya, çünki ağzımdan söz çıxıb. Bir sözlə, çıxdılar bunu axtarmağa. Anası da çox mərd qadın idi. Bu da deyib ki, qorxdum deyə gəldim. Mən də dedim – əşi, evdə bir sillə yeyəcəkdin də, adam da istəmədiyi adamla gedər qorxudan? Uşaqlıqdan beləyəm, ağlıma nə gəldi eləyirdim. Amma it kimi qorxurdum ki, qardaşları gəlib döyər məni”.
Link kopyalandı!
Son xəbərlər