Bizi sosial şəbəkələrdən izləyin:
Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.
Bu barədə Kiyevin meri Vitali Kliçko "Telegram" kanalında paylaşım edib.
Merin sözlərinə görə, şəhərin Desnyan və Darnitsa rayonlarında qeyri-yaşayış binalarında güclü yanğınlar baş verib.
O qeyd edib ki, Dnepr rayonunda isə yaşayış binaları zədələnib, avtomobillər yararsız hala düşüb, yaşayış binalarından birinin həyətində krater əmələ gəlib.
Məlumata görə paytaxtda yerləşən uşaq bağçasının da hücumdan zərər çəkdiyini vurğulayıb.
Hücum nəticəsində səkkiz nəfər yaralanıb, onlardan üçü xəstəxanalıq olub.