Bəzi qəsəbələr zülmətə qərq olub:
305
14:46, Bu gün

Bəzi qəsəbələr zülmətə qərq olub: "Siqaret almağa gedəndə qorxuram" - VİDEO

Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsinin sakinləri işıqlandırma problemindən şikayətçidirlər. Onların sözlərinə görə, qəsəbənin başqa ərazilərində küçə işıqları olsa da, sözügedən küçədə yoxdur.
 
Sakinlər deyirlər ki, problem səbəbindən küçədə rahat hərəkət etməkdə çətinlik çəkirlər.
 
"Siqaret almağa gedəndə, telefonun işığını yandırmalı oluram ki, yıxılaram. Bizim məhəllə də işıqlandırılsa, nə olar ki?! 300 metr ərazini işıqlandırmağa gücləri çatmır?!" - deyə Səngəçal sakini Behbud Hacıyev narazılığını bildirib.
 
Qeyd edək ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində də eyni hal müşahidə olunur.
 
Ətraflı Baku TV-nin videomaterialında:
 
Link kopyalandı!
Son xəbərlər