Azərbaycanlı müğənniyə efirdə 50 000 manatlıq brilyant dəst hədiyyə göndərdilər - VİDEO
1748
14:28, Bu gün

Azərbaycanlı müğənniyə efirdə 50 000 manatlıq brilyant dəst hədiyyə göndərdilər - VİDEO

Atv-də yayımlanan verilişlərin birində maraqlı anlar yaşanıb.
 
Müğənni Amina Şirin canlı efirdə gözləmədiyi sürprizlə qarşılaşıb.
 
Veriliş zamanı aparıcılar studiyaya daxil olan xüsusi qutunu təqdim ediblər. Məlum olub ki, içərisində 50.000 manat dəyərində brilyant dəst var. Sürprizin kim tərəfindən göndərildiyi isə müəmmalı qalıb. 
 
Aminanın isə bu jestə raksiyası maraq doğurub. Sosial şəbəkələrdə hadisə artıq geniş müzakirələrə səbəb olub. Bir çox izləyici hədiyyəni "reklam məqsədli şou" adlandırsa da, digərləri Aminanın sirli pərəstişkarı olduğunu düşünür.
 
Bəzi şərhlərdə "50 min manatlıq dəsti kim göndərər?", "Bu, realdır, yoxsa verilişin reytinq gedişidir?" kimi suallar səsləndirilib.
 
Verilişin həmin kadrları sosial mediada minlərlə baxış toplayıb. /Milli.az/

Link kopyalandı!
Son xəbərlər