Bizi sosial şəbəkələrdən izləyin:
Londonda fırtına "United Airlines" sərnişin təyyarəsinin enişinə mane olub. Təyyarənin havada etdiyi manevrlərin görüntüləri gündəm olub.
Görüntülər "Daily Mail" nəşri tərəfindən dərc edilib.
Məlumata görə, Nyu-Yorkdan qalxan hava gəmisi 23 oktyabr səhər saatlarında Böyük Britaniya paytaxtına enməli idi. Kadrlarda təyyarənin eniş üçün yaxınlaşdığı, güclü küləkdə yelləndiyi, lakin enişdən bir neçə saniyə əvvəl qəfildən yenidən havaya qalxdığı görünür. Pilotlar ikinci dövrə vurmağa qərar veriblər.
Təyyarəni endirmək üçün ikinci cəhd isə uğurlu olub.