278
11:27, Bu gün

"Boşanan qadının ailə qurması indi daha rahat olub" - VİDEO

"Azərbaycanda sosial şəbəkələrdə aktyor və aktrisalardan çox sadə insanlar özlərini reklam edirlər. Çox az sayda aktyor və aktrisalar sosial şəbəkədə aktivdir. Əslində, bu, çox pisdir. Kaş biz də edə bilərdik, pul qazanardıq. Azərbaycanda aktrisanın bunu etməyə pulu yoxdur. Bunun üçün videoqraf tutmalı, günlük geyimi, saçı-makiyajı, fərqli ideyaları olmalıdır. Bu, həm zəhmət, həm də pul tələb edir. Nəyisə başlamaq üçün yatırım lazımdır. Mən özüm də sosial mediada çox aktivəm. Amma bir bloger qədər yox". 
 
Bu sözləri aktrisa Zümrüd Qasımova "Danışır Rövşanə" verilişində deyib. Aktrisa hazırda daha çox karyerasına üstünlük verdiyini açıqlayıb:
 
"Hər bir qadın xoşbəxt olmaq istəyir. Bizim cəmiyyətdə bir xanımın boşanandan sonra əvvəllər daha çətin idi ailə qurması, indi rahat olub. Belə qadınlar tək qalmaq istəmirlər. Bəzi xanımlar hansısa işlə məşğul olub, karyera qurmaq, uğurlu qadın olmaq istəyirlər. Digərləri isə istəyirlər ki, yanında həyat yoldaşı, sevdiyi insan olsun, xoşbəxt olsun. Heç kimi qınamaq istəmirəm, şəxsən mənim işim-gücüm pul qazanmaqla məşğul olmaqdır. İstəyirəm bundan sonrakı həyatımı təmin edə bilim. Mənim üçün maddiyyAt hər şeydən vacibdir. Həyat yoldaşımın canı sağ olsun. Ağıllı qadın sənətdə hər ikisini saxlaya biləndir. Çox şükür, bunu bacarmışam. Amma hazırda mənim üçün karyera, pul qazanmaq daha vacibdir". (Axşam.az)

Link kopyalandı!
Son xəbərlər