Salyanda maşın yandı - VİDEO
1012
24 Oct 2025 | 08:53

Salyanda maşın yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Salyan şəhəri, B.Talıblı küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Bu barədə Moderator.az-a FHN-dən bildirilib.
 
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.
 
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər