Bizi sosial şəbəkələrdən izləyin:
600-ə yaxın məktəbin direktoru yoxdur. Aylardır ki, vakant yerlər boş qalıb...
Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, məktəblərə direktorların işə qəbulu prosesinə oktyabrın 30-u saat 11:00-da start veriləcək. Namizədlər noyabrın 11-i saat 17:00-dək qeydiyyatdan keçə bilərlər.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəylinin sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən yeni qaydalar təsis olunub. Artıq test imtahanı mərhələsi keçirilməyəcək. Namizədlərin əvvəlki qiymətləndirmə nəticələri, xüsusilə, sertifikatlaşdırlma prosesində toplanılan nəticələr nəzərə alınacaq. Qurum rəsmisi deyir ki, vakant yerlər 2 istiqamətdə olacaq. Şagird sayı 500-ə qədər olan məktəblər və şagird sayı 500-dən çox olan məktəblər.
Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesindən də danışıb. Bildirib ki, cari ildə 16 mindən çox müəllim prosesi uğurla tamamlayıb. 6 mindən çox müəllim hər ay əmək haqqına 35%, 10 mindən çox müəllim isə 10%-dən çox əlavə alır.. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyyəçi-müəllimlərin işə qəbuluna gəlincə, o, bildirib ki, prosesin test imtahanı mərhələsi artıq başa çatıb və keçid balları məlumdur.
Agentlik rəsmisi bildirib ki, bu həftə sonu bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Bu mərhələdə müdirlərə 120 dəqiqə vaxt, 60 sual veriləcək. 1400-dən artıq rəhbər şəxs prosesə cəlb olunacaq. Prosesin nəticəsi onların əmək münasibətlərinə təsir etməyəcək.
Daha ətraflı videomaterialı təqdim edirik.