Bizi sosial şəbəkələrdən izləyin:
Sakinlərin istifadəsinə verilən yeni avtobuslar 3 gün sonra xətdən çıxarılıb. Əvəzində isə köhnə avtobuslar istifadəyə verilib.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Sumqayıt şəhərini saray qəsəbəsi ilə əlaqələndirən marşrut xəttindən gedir.
Sakinlər deyirlər ki, bir müddət öncə xəttə buraxılan "Karsan" markalı avtobusları görüb seviniblər, amma bir neçə gün sonra əksi olub.
Daşıyıcı şirkətin rəhbəri Mübariz Quliyev məsələyə aydınlıq gətirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: