1053
24 Oct 2025 | 08:18

"Yolu keçəndə qorxuruq" - Qəsəbə sakinləri nədən şikayətçidirlər?

Abşeron rayonunun Digah qəsəbəsinin sakinləri Balaxanı-Binəqədi şosesi boyunca yerləşən ərazidə ciddi təhlükəsizlik problemi yaşandığını bildirirlər.
 
Onların sözlərinə görə, həmin yolda nə ictimai nəqliyyat üçün dayanacaq, nə də piyadalar üçün keçid xətti var.
 
Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək, məsələ ilə bağlı aidiyyəti qurumların diqqət yetirməsini və problemin aradan qaldırılmasını xahiş ediblər.
 
"Yolu keçmək çox çətindir. Keçən dəfə burada qonşunun uşağını maşın vurdu. Sürət həddinə əməl edən yoxdur. Daim təhlükə altındayıq. Xahiş edirik, sürət həddi aşağı endirilsin və bu əraziyə kamera quraşdırılsın. Vəziyyət, həqiqətən, çox acınacaqlıdır", - deyə sakinlərdən biri bildirib.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər