Arvadı tərəfindən amansızlıqla öldürülən kişinin qohumu:
1556
15:55, Bu gün

Arvadı tərəfindən amansızlıqla öldürülən kişinin qohumu: "Tək adamın işi deyil"

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Məlumata görə, 2024-cü il dekabrın 24-də 40 yaşlı Samir Əliyevin itkin düşməsi barədə yaxınları polisə müraciət ediblər. Daxili İşlər Nazirliyinin və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Samir Əliyev həyat yoldaşı, 39 yaşlı Elmira İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirilərək yaşadığı evin həyətində basdırılıb. Cəsəd çıxarılaraq aidiyyəti üzə təhvil verilib.
 
Mərhumun qohumu Hidayət Nağıyev bildirib ki, Samir Əliyev əvvəllər bir neçə dəfə Rusiyaya səfər etdiyindən, hər kəs onun yenidən həmin ölkəyə getdiyini düşünüb:
 
"Atası və anası Türkiyədə idi, ölkəyə qayıdanda Samiri axtarışa verdilər. O, kreditə saat götürmüşdü. Bank borc üçün yığanda yaxınları deyiblər ki, bu adam ötən ilin noyabrından yoxa çıxıb, amma bankdan bildiriblər ki, bu ilin mayında ödəniş olunub. Yəqin ödənişi iz itirmək üçün ediblər. Məncə, polislər kameralara baxıblar, kim ödəyib müəyyən ediblər və beləcə cinayətin üstü açılıb".
 
Hidayət Nağıyev əlavə edib ki, silah da mərhumla birlikdə basdırılıb:
 
"Oğlan idmançı idi, tək adamın işi deyil, yəqin ki, əlavə kimsə olub".
 
Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Elmira İbrahimova saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.
 
Daha ətraflı Baku TV-nin süjetində:
Link kopyalandı!
Son xəbərlər