Bizi sosial şəbəkələrdən izləyin:
Suriyanın Homs əyalətinin şərqində yerləşən Əl-Məxrəm bölgəsində Bəşər Əsəd rejimi dövrünə aid gizli yeraltı zindan aşkarlanıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı SANA agentliyinə istinadən məlumat verib.
Qeyd olunur ki, həbsxana polis reydi zamanı təxminən on gün əvvəl tapılıb. Qapalı dəmir qapılarla qorunan sığınacaqda süngər döşəklər, yun yorğanlar, işgəncə alətləri - o cümlədən dəyənəklər və kəndirlər tapılıb.
Ərazidə Əsəd rejimini dəstəkləyən silahlı dəstə üzvlərinə aid kitab və broşürlər, eləcə də İranın ali rəhbəri Əli Xameneinin şəkli olan nəşrlər də tapılıb. Yeraltı zindanın beş metr dərinlikdə yerləşdiyi və 40 metr uzunluğundakı tunellə bağlı olduğu bildirilib.