Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda avtobus qəzasına səbəb sürücünün səhhətində qəfil baş verən narahatlıq olub.
Moderator.az xəbər verir ki, bu barədə "BakuBus" MMC-dən bildirilib.
Məlumatda qeyd edilib ki, bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında "BakuBus" MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib:
"Bildirək ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün əraziyə dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb".
11:51
Bu gün paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusu qəza törədib.
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, Neftçilər prospektində “Bakubus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.
Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.