Astanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu - YENİLƏNİB - VİDEO
1003
10:12, Bu gün

Astanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu - YENİLƏNİB - VİDEO

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
 
Moderator.az xəbər verir ki, Akorda Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
 
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.
 
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
 
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.
 
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Dövlət başçıları birgə foto çəkdiriblər.
 
10:04
 
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Link kopyalandı!
Son xəbərlər